XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2021 - 11:29

Təhsil Nazirliyindən 8 Mart bayramı ilə bağlı xəbərdarlıq:"Xoşagəlməz hallara qarşı birgə mübarizə aparmalıyıq"

“Təhsil Nazirliyi  qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Bu gün pedaqoji  heyətimizin böyük əksəriyyətini təşkil edən xanım müəllimlərimizin həm də fədakar ana  kimi Vətən müharibəsində iştirak etmiş qəhrəman övladlarımızın yetişməsində rolu danılmazdır”. 

Strateq.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 8 mart  – Beynəlxalq Qadınlar Günü  münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə cəmiyyət birgə mübarizə aparmalı, dəyərləri qorumalı və gələcək nəsillərə çatdırmalıdır: “Bu və ya digər hallarla bağlı Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) və yaxud [email protected] elektron poçt ünvanına anonim olmadan müraciət edə bilərsiniz”.