Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimovu qəbul edib.
Bu barədə türkiyəli nazir öz tvitter səhifəsində yazıb.
Çavuşoğlu bildirib ki, işğal zaman Dağlıq Qarabağdakı ziyan dəymiş Azərbaycan mədəni irsinin bərpası üçün hər cür dəstəyi verəcəyik.