XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 March 2021 - 14:45

Bakıda “Formula 1” yarışının keçirilmə müddəti daha bir il uzadıldı –Açıqlama

Bakıda “Formula 1” üzrə Azərbaycan Qran-prisinin keçirilmə müddəti daha bir il uzadılıb.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva açıqlama verib.

O deyib ki, ötənilki qran-pri baş tutmadığı üçün yeni 3 illik müqavilə üzrə öhdəlik 2023-cü ilədək deyil, 2024-cü ilədək yerinə yetirilməlidir.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan Qran-prisi 4 – 6 iyunda gerçəkləşməlidir.