XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2021 - 22:17

Sarkisyan Konstitusiya Məhkəməsinə müraciət edib –Baş Qərargah rəisi ilə bağlı

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə baş nazir Nikol Paşinyanın təqdimatı ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Armen Sarkisyan martın 2-də Konstitusiya Məhkəməsinə müraciətində məhkəmə 2018-ci ildə “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qəbul edilmiş qanuna, Əsas Qanuna dəyişikliyə nəzər yetirməsini xahiş edib.

Qeyd edək ki, A.Sarkisyan Baş Qərargah rəisinin vəzifəsindən azad edilməsi ilə bağlı N.Paşinyanın təqdimatını imzalamayıb/Report.