XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

06 Aprel 2016 - 15:40

Obama offşorlarla bağlıtəhqiqatı alqışladı 

Offşor qalmaqalına ABŞ prezidenti Barak Obamadan da reaksiya gəlib.

Strateq.az xariсi mətbuata istinadən xəbər verir ki, Obama vergidən yayınmanı qlobal problemlərdən biri adlandırıb. 

«Reuters»in məlumatına görə, Obama bildirib ki, məsələnin ən pis tərəfi bu yayınmaların qanun çərçivəsində həyata keçirilməsidir.

ICIJ-in təhqiqatını alqışladığını deyən ABŞ prezidenti hesab edir ki, vergidən yayınmalar adətən orta təbəqənin hesabına baş tutur.

Obama həmçinin rəhbərlik etdiyi administrasiyanın təklifinə – Amerika şirkətlərinin öz mənzil qərargahlarını offşor zonalara daşımasını qadağan edən qanunun qəbuluna müsbət yanaşdığını deyib.