XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

06 Aprel 2016 - 15:44

Cəbhədən son xəbər: “Ermənistan ordusu atəşkəsi pozmaqdadır” –Müdafiə Nazirliyindən bəyanat

mudafie-n-1

"Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılaşmaya baxmayaraq, Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır".

Strateq.az xəbər verir ki, bu açıqlamanı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Məlumata əsasən, hazırda Goranboy rayonunun Tapqaraqoyunlu yaşayış məntəqəsi yaxınlığındakı mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan intensiv olaraq atəşə tutulur: "Azərbaycan tərəfi razılaşmaya əməl edərək hələ ki, cavab atəşi açmır".