XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 March 2021 - 09:40

ABŞ-ın dövlət katibi: "Çin ABŞ-ın əsas problemidir"

“Amerika Birləşmiş Ştatları Çin Xalq Respublikasına düşmən və rəqib kimi yanaşacaq, lazım gəldikdə, mümkün hallarda əməkdaşlıq edəcək”.

Bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

“Rusiya, İran və Koreya Xalq Demokratik Respublikası (KXDR) da daxil olmaqla bir neçə ölkə bizim qarşımızda ciddi çağırışlar yaradır. Lakin Çinin çağırışı fərqlidir.

Çin ABŞ-ın əsas problemidir və bu ölkəyə güc mövqeyindən yanaşmaq lazımdır. Çin sabit, açıq beynəlxalq sistemə ciddi şəkildə meydan oxumağa qadir olan yeganə ölkədir”-deyə, Blinken bildirib.