XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2021 - 10:14

ÜST rəsmisi:"Mutasiyalar gözlənilməz olduğundan qorunma çox vacibdir"

“Mutasiyalarının gözlənilməz olması səbəbindən koronavirusa qarşı qorunma tədbirlərinin davamlı şəkildə həyata keçirilməsi vacibdir”. 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vuinoviç “Rusiya-24” telekanalına müsahibəsində deyib.

UST rəsmisi bildirib ki, yeni koronavirus ineksiyaları müvafiq laboratoriyaların ciddi nəzarəti altındadır: “Rusiyada da genetik tədqiqatlar aparılır. Hansı şəkildə mutasiyalar olacaq və bunlar nələrə səbəb ola bilər, heç kim bilmir. Buna görə də qoruyucu tədbirlərin davam etdirilməsi çox vacibdir”.

Vujnoviç əlavə edib ki, pandemiyaya qarşı mübarizədə maska taxmaq, şəxsi gigiyenaya riayət etmək, sosial məsafənin qorumaq lazımdır: “Mümkün olan hər şeyi etmək çox vacibdir, çünki virusun yayılmasını dayandırmalıyıq”/APA.