XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2021 - 21:09

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi:"Türk əsgərlərinin şəhid olması xəbəri məni olduqca kədərləndirdi"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hərbi helikopter qəzası ilə bağlı başsağlığı verib.

Strateq.az xəbər verir ki, başsağlığıda deyilir:

“Hörmətli cənab Prezident.

Əziz Qardaşım.

Hərbi helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, şəhid olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”.