XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2021 - 21:50

Ceyhun Bayramov:"Başın sağ olsun, qardaş Türkiyə!"

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə biri general olmaqla 10 hərbçinin helikopter qəzasında faciəli şəkildə həlak olmaları ilə bağlı qardaş ölkəyə başsağlığı verib.

Strateq.az xəbər verir ki, o, “Twitter” səhifəsində yazıb:

“Qardaş Türkiyənin Bingöl ərazisində hərbi helikopterin qəzaya uğraması xəbəri bizi çox kədərləndirdi. Həlak olan 10 şəhidin ailələrinə və yaxınlarına, Türkiyə xalqına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik.

Başın sağ olsun, qardaş Türkiyə!”