XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Mart 2021 - 12:41

Baş infeksionist:“Azərbaycana həsəd aparırıqsa, Çin vaksinindən imtina etməyə dəyməz”

“Türkiyə, Azərbaycan və digər ölkələrə həsəd aparırıqsa, o zaman Çin vaksinindən imtina etməyə dəyməz”.

Bunu Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze ölkədə vaksinasiyanın gecikməsi ilə bağlı tənqidlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi Çin peyvəndini çoxdan tətbiq edə bilərdi: “Lakin hökumət ekspertlərin tövsiyə və rəylərini nəzərə alaraq bunu etmədi”.

Qeyd edək ki, Gürcüstanda koronavirusa qarşı vaksinasiya ilə bağlı qalmaqal səngimir. Qonşu ölkəyə peyvəndin bu günə qədər çatdırılmamasına görə səhiyyə ekspertləri, siyasi partiyalar və ictimai fəallar hökuməti tənqid edirlər. (report)