XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 March 2021 - 14:18

Ukrayna səfiri Gəncədə Ermənistanın atəşə tutduğu ərazidə olub –FOTO

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Gəncə şəhərinə səfəri çərçivəsində Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbələrinə məruz qalmış ərazidə olub.

Bu barədə ukraynalı diplomat “Twitter”də məlumat verib.

O, 2020-ci ilin payızında Ermənistan ordusunun raket zərbələri nəticəsində ölən mülki vətəndaşların xatirəsini ehtiramla yad edib.

“Bu cinayəti törədən günahkarlar cəzalandırılmalıdır!”, – deyə səfir bildirib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin ötən ilin oktyabr ayında Gəncə şəhərini bir neçə dəfə bombalaması nəticəsində 25-dən artıq mülki şəxs həlak olub.