XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

06 Aprel 2016 - 17:48

«WikiLeaks»:"Offşorlarla bağlı təhqiqatı ABŞ maliyyələşdirib və məqsəd..."

«WikiLeaks» offşorlarla bağlı açıqlanan «Panama sənədləri»nin arxasında ABŞ-ın durduğu barədə məlumat yayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, sayt məlum jurnalist təhqiqatının ABŞ hökuməti və amerikalı maliyyəçi Corc Sorosun dəstəyi ilə hazırlandığını, əsas hədəfin də Rusiya prezidenti Vladimir Putin və  postsovet məkanı olduğunu iddia edib:

«İCİJ-in bu araşdırması Putinə qarşı hücumdur. Bu jurnalist mərkəzini də ABŞ Beynəlxalq İnkişaf Agentliyi maliyyələşdirir».

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin özünün adının çəkilməməsinə baxmayaraq, "Panama sənədləri"ni onun əleyhinə qurulan oyun adlandırmışdı. 

Xatırladaq ki, ICIJ-in offşorlarla bağlı son təhqiqatını 78-dən artıq ölkənin 400 jurnalisti hazırlayıb. Bu səs-küylü araşdırma “Panama sənədləri” (Panama Papers) adı altında dərc olunub.