XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Aprel 2016 - 18:13

Mişel Obamadan meyvə, tərəvəz və göyərtiaksiyası - VİDEO

ABŞ-ın birinci xanımı Mişel Obama ənənəsinə sadiq qalaraq yenə Ağ Evin həyətinə mevə, tərəvəz və göyərti əkib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, xanım Obamanın bu təşəbbüsünə Amerikanın müxtəlif ştatlarından gələn uşaqlar da dəstək verib. Tədbirdə NASA əməkdaşları da iştirak ediblər və həyatyanı sahəyə qeyri-adi bitkilər əkiblər. 

Bu, Mişel Obamanın sonuncu belə aksiyasıdır. Ağ Evin yeni xanımının bu ənənəni davam etdirib-etdirməyəcəyi isə hələlik məlum deyil.

2009-cu ildən başlayan təşəbbüs xanım Obamanın ABŞ-da piylənməyə qarşı apardığı kampaniyanın tərkib hissəsidir. Ağ Evdə yetişən tərəvəzlər əvvəlcə satışa çıxarılır, sonra evsiz insanlara paylanırdı. 

Dünya tarixində ilk belə təşəbbüsün müəllifi Elenora Ruzvelt olub. O, İkinci Dünya savaşı zamanı belə bir aksiya başladaraq həyətində tərəvəzlər yetişidirib.