XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 March 2021 - 13:40

Dövlət proqramlarının qiymətləndirilməsi təkmilləşdiriləcək –Fərman

Prezident İlham Əliyev “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Strateq.az xəbər verir ki, fərmanla dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi prosesini təkmilləşdirmək məqsədilə aşağıdakılar qərara alınıb:

1. “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.