Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə üzvü Rəşad Məcid məlumat verib.
O bildirib ki, komissiya tam tərkibdə olub: “Komissiyanın işi məhsuldar oldu. Bu gün 100-dən artıq müraciətə baxılaraq qərar verildi. Növbəti iclas martın 9-da keçiriləcək”.
Qeyd edək ki, indiyədək komissiya 750-dən çox müraciətə baxıb/APA