XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

06 Aprel 2016 - 20:09

Yazıçı Əkrəm Əylisliyəittiham elan olundu

ekrem

Bu gün Hava Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsində yazıçı Əkrəm Əylisliyə qarşı CM–nin 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Daha sonra yazıçının barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Bu barədə Əkrəm Əylislinin vəkili Elçin Sadıqov məlumat yayıb.

Vəkil yazıçıya qarşı ittihamın nədən ibarət olduğunu da açıqlayıb: “İttihamın mahiyyəti budur ki, Əkrəm Əylisli martın 30-da ictimai qaydanı pozub, söyüşlər söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, 1981-ci il təvəllüdlü Hihal Seyidovun döş qəfəsindən zərbə vurub. Zərbə nəticəsində Hihal Seyidovun döş qəfəsində göyümtül qançır yaranıb“.

Müdafiəçi onu da qeyd edib ki, Əkrəm Əylisli ittihamları qəbul etmir. Yazıçı heç kəsə qarşı təhqir və fiziki zor tətbiq etmədiyini, belə hərəkətləri etməyə yaşının, fiziki və mənəvi durumunun imkan vermədini bildirib.

Əkrəm Əylisli barəsindəki cinayət işinin yazıçılıq fəaliyyətilə bağlı olduğunu deyir.