XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

06 Aprel 2016 - 19:47

Nəqliyyat Nazirliyinin daha bir səlahiyyəti alındı –Fərman

ziya-memmedov-8.jpg

“Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Sənədlə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 9.34-1-ci bəndi ləğv edilib.

Həmin bəndə əsasən, indiyədək avtomobil və dəmiryolu nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq icbari qaydada sığortalanmasına Nəqliyyat Nazirliyi nəzarət edirdi.

Yeni fərmanla bu səlahiyyət nazirlikdən alınıb.