Türkiyə ordusunun hərbçiləri Suriyada PKK/YPG terrorçularını zərərsizləşdirib.
Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 7 terrorçu Tel Rıfat bölgəsində məhv edilib. Qeyd edilir ki, PKK/YPG terrorçuları “Fərat qalxanı” bölgəsinə hücuma hazırlaşırmış.
Nazirlik antiterror əməliyyatının davam etdiriləcəyini bildirib. /Report