XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Aprel 2016 - 20:53

Azərbaycan və İran prezidentləriDağlıq Qarabağı müzakirə etdilər

İran prezidenti Həsən Ruhani bu gün Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Ruhani Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı narahatlıq keçirdiyini bildirib və tərəflər arasında atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıb.

Prezident İlham Əliyev cəbhə xəttindəki son vəziyyətlə bağlı Həsən Ruhaniyə məlumat verib və bildirib ki, Azərbaycan tərəfi hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarı olub, lakin Ermənistan daim qeyri-konstruktiv mövqe tutub və atəşkəs rejiminə əməl etməyib.

Dövlət başçısı təmas xəttində baş vermiş son hadisələri Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirib.

Söhbət zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin müxtəlif sahələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev İran İslam Respublikasına səfərini xatırlayaraq məmnunluq hissi ilə qeyd edib ki, səfər zamanı əldə olunmuş razılaşmalar uğurla icra edilir.

Dövlət başçısı aprelin 7-də Bakıda keçiriləcək Azərbaycan-Rusiya-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün regionda təhlükəsizlik və əməkdaşlığın inkişafı işinə töhfə verəcəyini deyib.

Azərbaycan və İran prezidentləri ikitərəfli münasibətlərimizin bundan sonra da genişləndirilməsi istiqamətində tərəflərin səyləri əsirgəməyəcəyini vurğulayıblar.