XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 March 2021 - 14:40

Baş Dövlət Yol Polisinin əməkdaşları qadın sürücüləri təbrik edib –FOTO

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ölkə ərazisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə  tədbirlər keçirilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu məqsədlə sürücülərlə maarifləndirici söhbətlər aparılır və əməkdaşlar tərəfindən  xanım sürücülərə hədiyyələr təqdim olunur.  Xanımlar onlara göstərilən diqqətə görə yol polislərinə təşəkkürlərini bildiriblər.

Qurum rəsmisi qeyd edib ki, münasibəti ilə təşkil olunan tədbirlər gün ərzində davam etdiriləcək.