XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

06 Aprel 2016 - 22:06

Hansı hallarda alınan mallar geri qaytarılmır – qanun nə deyir?

Alınan mallar geri qaytarılmır2

 

“Alınan mallar geri qaytarılmır”. Bu cür elanlara mağazaların əksəriyyətində rast gəlirik. Bir çox mağazalarda isə bildirirlər ki, alınan məhsul qaytarılmasa da, yalnız dəyişdirilə bilər. Mağaza sahibləri və satıcılar bu cür xəbərdarlıqlarla özlərini haqlı hesab edirlər və malın qaytarılması və ya dəyişdirilməsi ilə bağlı mübahisə yaranarkən, “biz xəbərdarlıq” etmişik deyərək, müştərini borclu çıxarırlar. Bəs qanun nə deyir?

Strateq az bu məsələnin qanunverciliklə tənziminmi araşdırıb.

Alınan mallar geri qaytarılmır4

Mülki Məcəlləsinin 623-cü və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 15-ci maddələrində alınan malın geri qaytarılması tənzimlənir. Belə ki, alıcı aldığı malı başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər.  Alıcı qeyri-ərzaq malının ona verildiyi andan 14 gün müddətində bu hüququnu həyata keçirə bilər. Lakin satıcı tərəfindən daha uzun müddət də müəyyən edilə bilər.Təbii ki, malın dəyişdirilməsi zamanı qiymətdə fərq olduqda satıcı ilə lazımı hesablaşmalar aparılır. Mülki Məcəlləsi, 623.1-ci maddəsinə əsasən, əgər satıcıda dəyişdirilmək üçün zəruri mal yoxdursa, alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər.

Alınan mallar geri qaytarılmır

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 2-ci hissəsinə görə malı dəyişdirmə anında, satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. Nəzərə almaq lazımdır ki, əgər satıcıda dəyişdirilmək üçün zəruri mal varsa, onda alıcı əldə etdiyi malı qaytara bilməz. Əgər mal işlədilibsə, yaxud hər hansı istehlak xassələrini itiribsə (məsələn, yanlış saxlanılma nəticəsində), onda mal nə dəyişdirilə, nə də qaytarıla bilər. Eyni zamanda, alıcıda malı həmin satıcıdan aldığına dair sübutlar (məsələn, kassa qəbzi) olmalıdır.

Alınan mallar geri qaytarılmır 1

 

Ancaq bəzi mallar vardır ki, yuxarıda göstərilən maddələrdə nəzərdə tutulmuş əsaslar üzrə dəyişdirilə bilməz. Onların siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Bu siyahıya qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət-kimyası malları, şəxsi gigiyena əşyaları (diş firçaları, daraqlar, biqudilər və s.), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müdəti ərzində) ərzaq malları daxildir.

İstehlakçılar istənilən ticarət və xidmət sahəsində hüquqlarının pozulması ilə bağlı  İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və 195-2 nömrəsi vasitəsilə müraciət edə bilərlər.

 

Aruz

Strateq.az