Bu gün “Kapital Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.
Strateq.az Fins.az-a istinadən xəbər verir ki, yığıncaqda bankın Müşahidə Şurasının (MŞ) tərkibinə dəyişiklik edilib. MŞ-nin sədri Mircamal Paşayev icraçı direktor olduğu “Pasha Holding” ASC-də işinin çox olması ilə əlaqədar istefa verib.
Xatırladaq ki, onun yerinə bir qədər əvvəl holdinqin Bank Qrupunun rəhbəri təyin edilmiş Cəlal Qasımov seçilib.