XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2021 - 11:16

Ermənistan Prezidenti Konstitusiya Məhkəməsinə müraciət edib –Baş Qərargah rəisi ilə bağlı

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın tutduğu vəzifədən azad olunması ilə bağlı baş nazir Nikol Paşinyanın təqdimatına baxılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan martın 10-dan Onik Qasparyanın tutduğu vəzifədən azad edilmiş sayıldığına dair bəyanat yayıb. /Report