XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2021 - 14:51

Ermənistan parlamentinin Aparat rəhbəri istefa verib –Mətbuat Xidməti məlumat yaydı

Ermənistan parlamentinin Aparat rəhbəri – qanunverici orqanın baş katibi Tiqran Qalstyan istefa verib.

Bu barədə Ermənistan parlamentinin Mətbuat Xidməti məlumat yayıb.

O, başqa işə keçməsi ilə əlaqədar vəzifədən azad olunması üçün ərizə yazıb. T.Qalstyan fəaliyyətini özəl sektorda davam etdirəcəyini deyib.

Xatırladaq ki, T.Qalstyan 2002-2018-ci illərdə “İMEX-GROUP”da müxtəlif vəzifələrdə çalışıb. O, 2018-ci ilin sentyabrından 2019-cu il yanvarın 21-dək Ermənistan baş nazirinin birinci müavinin müşaviri olub. 2019-cu ilin yanvarında parlamentinin Aparat rəhbəri – qanunverici orqanın baş katibi təyin edilib. /Report