XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2021 - 15:36

Sumqayıtda yük qatarı ilə sərnişin avtobusu toqquşub:ölən var

“Azərbaycan Dəmir Yolları” QSC Sumqayıtda baş verən qatar qəzası ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Strateq.az-a verilən məlumatda bildirilib ki, bu gün saat 13:20 radələrində 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub: “Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Aleksey oğlu Abdullayev dünyasını dəyişib. Hadisənin baş vermə səbəbi müvafiq orqanlar aidiyyəti üzrə araşdırılacaq və hüquqi qiymət verəcək”.