XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2021 - 16:29

Macarıstan XİN başçısı:“Azərbaycan qazı bizim üçün xüsusi əhəmiyyət daşıyır”

“Azərbaycan qazı Avropa enerji bazarı və Avropaya enerji tədarükünün şaxələndirilməsi üçün vacibdir”.

Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Nazir Cənub Qaz Dəhlizinin Avropa ölkələri üçün əhəmiyyətini vurğulayıb.

“Macarıstan üçün Cənub Qaz Dəhlizindən qaz almaq vacibdir. Azərbaycan qazı bizim üçün xüsusi əhəmiyyət daşıyır”, – XİN başçısı bildirib. /Report.az