XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

07 Aprel 2016 - 10:44

Müdafiə Nazirliyindən"Feysbuk" istifadəçilərinə müraciət

MN FB sehifesi

Müdafiə Nazirliyinin mətbuat xidməti "Facebook" istifadəçilərinə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən apa.az-a verilən məlumata görə, artıq bir neçə gündür ki, nazirliyin rəsmi feysbuk səhifəsi fəaliyyətə başlayıb. Səhifənin yaradılmasında məqsəd nazirliyin təqdim etdiyi məlumatların operativ şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir. Bununla yanaşı, "Facebook"  sosial şəbəkəsində Müdafiə Nazirliyinin adından saxta profillər yaradılır:

“Rəsmi olaraq bildiririk ki,  https://www.facebook.com/www.mod.gov.az  səhifəsindən başqa yaradılan səhifələrin heç biri Müdafiə Nazirliyinə aidiyyəti yoxdur və orada yayılan məlumatlar nazirliyin mövqeyini əks etdirmir”.

Facebook istifadəçilərindən həmin saxta səhifələrdən şikayət etmələri xahiş olunur.