XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

07 Aprel 2016 - 13:36

Sergey Lavrov:"Biz dostlarımıza kömək etməyə çalışdıq"

lavrov-22

"Biz Dağlıq Qarabağ münaqişəsinin həlinin tapılması məsələsində rahatlaşmamalıyıq və Rusiya nizamlanma üzrə təşəbbüslərini irəlilətmək üçün hər şey edəcək. Biz bu günkü danışıqlardan razıyıq".

Trend-in məlumatına görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı və iranlı həmkarları ilə üçtərəfli görüşün yekunu üzrə brifinqdə deyib.

O qeyd edib ki, Rusiya sülh barədə razılaşmanın əldə edilməsini məmnunluqla qarşılayıb.

S.Lavrovun sözlərinə görə, Moskva və tərəflər arasında təmaslar bütün səviyyələrdə həyata keçirilib: "Biz dostlarımıza kömək etməyə çalışdıq və ümid edirik ki, atəşkəs rejimi qorunacaq. Vəziyyət təmas xəttində etimad tədbirlərinin görülməsini tələb edir".

Bakıda üç ölkənin XİN rəhbərinin görüşünə toxunan S.Lavrov əlavə edib ki, görüşdə regionda təhlükəsizliyin, narkotik trafiki ilə mübarizənin əlaqələndirilməsi məsələlərinə diqqət ayrılıb.