XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

07 Aprel 2016 - 13:42

İran Xarici İşlər Naziri:"Bu görüş çox gözəl başlanğıc oldu"

XIN-bashcilarinin -gorushu

"Biz inanırıq ki, bu əməkdaşlıq hər üç xalğın və regionun maraq və prioritlerinə uyğundur".

APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakıda keçirilən görüşündən sonrakı mətbuat konfransında deyib.

O, regionda sabitliyin sülh və təhlükəsizlik üçün vacib amil olduğunu bildirib.

Görüşdə müxtəlif məsələlərin, o cümlədən nəqliyyat dəhlizlərinin inkişafına dair müzakirələrin aparıldığını qeyd edən nazir bu dəhlizlə daşınmaların sürətlənməsinə rəvac veriləcəyini qeyd edib: "Aprelin 20-də Astara-Astara dəmiryolu xətti ilə bağlı mərasim keçiriləcək. Ardınca Rəşt-Astara dəmiryolu xətti üzrə müzakirələrə başlayacağıq. Bu görüş çox gözəl başlanğıc oldu. Biz gömrük, turizm və digər sahələrdə də üçtərəfli əməkdaşlığı müzakirə etdik".