XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

07 Aprel 2016 - 20:01

Sumqayıt şəhidiniizdihamla yola saldı - FOTOLAR

1460031615_12939562_1105257879525114_808886446_n

Aprelin 7-də Sumqayıt şəhərində şəhid əsgər Bayramov Şulan Bayram oğlunun dəfnetmə mərasimi keçirilib. Şəhərin 13-cü mikrorayon ərazisində, yaşadığı binanın qarşısında şəhid cənazəsini yüzlərlə sakin alqış, Təkbir sədaları ilə qarşılayıb.

Əraziyə toplaşanlar “Qarabağ bizimdir, bizim olacaq!”, “Azərbaycan”, “Təkbir”, “La ilahə illəllah, Muhammədən Rəsulallah!”, “Ağlama şəhid anası”, “Sumqayıt oyaqdır, Qarabağa dayaqdır!” şüarları, Azərbaycan Dövlət Himninin birgə ifa edilməsi ilə əsgərlərimizə, Ordumuza, şəhid ailəsinə mənəvi dəstək olublar.

Çıxış edənlər, şəhidin yaxınları, gənclər torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bəyan ediblər.

Mərasimə çoxsaylı şəhər sakinləri ilə yanaşı, şəhər rəhbərliyinin nümayəndələri, millət vəkilləri, KİV nümayəndələri də qatılıblar. Sonra şəhidin üçrəngli Azərbaycan bayrağına bürünmüş cənazəsi son mənzilə, Sumqayıt şəhər Şəhidlər Xiyabanına yola salınıb. Cənazəni insan izdihamı, avtomobil karvanı izləyib.

Yolboyu düzülən sakinlər Azərbaycan bayraqları ilə cənazəyə ehtiramlarını nümayiş etdiriblər.Qeyd edək ki, Şulan Bayramov 1996-cı ildə doğulub.2013-cü ildə Sumqayıt şəhərində yerləşən 33 saylı orta ümumtəhsil məktəbini bitirib.Silahlı Qüvvələrimizdə hərbi xidmətini başa vuran gəncin ordudan tərxis olunmasına bir neçə gün qalmışdı.

Allah rəhmət eləsin!

Azadlıq.info