XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

28 May 2015 - 07:07

Tacikistan OMON-nun komandiri İŞİD-ə qoşuldu

ISHID.jpg

Bir ay əvvəl itkin düşən Tacikistan milisinin polkovniki Qulmurod Xalimov Suriyada peyda olub və İŞİD sıralarına qoşulub. Bu barədə o sosial şəbəkələrdə yayılan videomüraciətində məlumat verib. O, rus dilində danışaraq bu addımı Tacikistan Daxili İŞlər Nazirliyindəki mövcud vəziyyətdən, müsəlman geyim formasını geyilməsinə və gündə 5 dəfə namaz qılmağa qoyulan qadağanla razılaşmadığına görə atdığını bildirib.

Tacikistan Daxili İşlər Nazirliyinin elit hissəsi olan OMON-nun komandirinin İŞİD-ə qoşulmasını ölkə daxili xüsusi xidmətlərindəki məlumatlı mənbə TASS agentliyinə təsdiqləyib. Agentliyə bildirilib ki, onunun yanında bir neçə keçmiş OMON-çu da var.

40 yaşlı polkovnik Qulmurod Xalimov 3 il əvvəl OMON-a rəhbər təyin olunub, bir neçə dəfə dövlət mükafatı alıb. 8 uşaq atasıdır.

Starteq.az