XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

08 Aprel 2016 - 12:44

Sarkisyan Medvedevə gileyləndi –“Bilmirəm, onlar bununla Azərbaycana nə qədər kömək etdilər...”

Medvedev-Sarkisyan

Yerevana səfərə gələn Rusiyanın baş naziri Dmitri Medvedev  dünən gecə saatlarında  Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.

Qonağı salamlayan S.Sarkisyan ənənəvi erməni xarakterinə uyğun olaraq, obrazlı ifadə etsək D.Medvedevin üstünə "ağlayıb". S.Sarkisyan deyib ki, Azərbaycan Rusiyadan aldığı silahlardan tam gücü ilə istifadə edib: “Dmitri Anatolyeviç, əminəm, siz bilirsiniz ki, azərbaycanlıların son vaxtlar Rusiyadan aldığı silahlardan tam gücü ilə istifadə etməsi faktı Ermənistanda böyük rezonans doğurub. Bu da başa düşüləndir. Çnüki Ermənistanda xalq Rusiyanı yaxın müttəfiqi hesab edir”.

News.az saytının məlumatına görə daha sonra Sarkisyan Avrasiya İqtisadi Birliyi üzvlərindən də şikayətlənib: “Dmitri Anatolyeviç mən təəssüf edirəm ki,  Avrasiya İqtisadi Birliyinə üzv olan bəzi tərəfdaşlarımız əvvəlcədən planlaşdırılmış tədbirdə iştirak etmək üçün Yerevana gəlməkdən imtina etdilər. Mən bilmirəm onlar bununla Azərbyacana nə qədər kömək etdilər. Amma bizim təşkilatın nüfuzunu aşağı saldıqları dəqiqdir”.

Rusiya baş naziri isə S.Sarkisyanın silahlar haqqında dediklərinin üzərində dayanmamağa üstünlük verib. O, qeyd edib ki, “hazırda əsas məsələ sülhün qorunması və danışıqlar masası araxasına qayıtmaqdır”.

Medvedev əlavə edib ki, sülh danışıqlarının heç bir alternativi yoxdur: “Mənim də səfərim məhz bununla əlaqədardır və sizinlə yaxın gələcəkdə mümkün olanı etməklə bağlı bəzi məsələləri müzakirə etmək istəyirəm".   

Ruisya hökumətinin başçısı Avrasiya İqtisadi Birliyi üzvləri ilə bağlı  Sarkisyanın gileyinə də münasibət bidlirib: “Mən Avrasiya İqtisadi Birliyindəki həmkarlarımızla danışacağam. Yəqin ki, onları müəyyən qədər başa düşmək olar. Çünki mövcud vəziyyət barədə yaxşı məlumatlı deyillər. Nə baş verdiyi, nə baş verəcəyi barədə yaxşı məlumatlı deyillər. İndi əsas məsələ tepmi aşağı salmamaq və hər hansı süni problem yaratmamaqdır".

Strateq.az