Mühfizə polsinin əməkdaşı, kiçik serjant Andrey Bannov may aynın 27-də axşam saatlarında MKAD şosessinin 25-ci kilometrində öldürülüb. O, həmkarı ilə birlikdə dövlət nömrə nişanı ilə bağlı xüsusi məlumat olan şübhəli abtomobili saxlamaq istəyib.
Sürücü polis patrulunun maşını tələbinə məhəl qoymayıb. Polislər isə yolu bağlamağa çalışıblar. Maşında olanlar qaçaraq meşədə gizlənməyə çalışıblar. Bannov onların arxasınca qaçıb və onlarla əlbəyaxa olub. Qaçanalrdan biri bıçaqla polis serjantına 3 zərbə vurub.
Hadisədən dərhal sonra Moskvada “Perxvat” planı elan olunub. Polis serjantı bıçaqlayanların hərəkət etdiyi “Qazel” markalı maşını yoxlayan zaman məlum olub ki, maşın sahibinin adına daha 5 beş avtomobil var. “Qazel”in nomrəsi isə mağaza oğurluğu hadisəsi zamanı kameraya düşüb.
NTV kanalı ehtimal olunan qatilin fotosunu yayıb. Kanalın məlumatına görə, bu şəxs Azərbaycan vətəndaşıdır.
Strateq.az