XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

08 Aprel 2016 - 14:18

“Rusiya 5 rayonu Azərbaycana qaytarmaq,Qarabağı isə birdəfəlik ermənilərə vermək istəyir”

Natiq Cəfərli

 

Natiq Cəfərli: “Buna razı olsaq, Qarabağı birdəfəlik itirəcəyik, sonradan hətta güc yolu ilə də  torpaqlarımızı ala bilməyəcəyik”

Dağlıq Qarabağda yaşanan qarşdurmalardan sonra atəşkəs əldə olunduğu bildirilsə də, gərginlik hələ də davam edir. Atəşksədən sonrakı günlər isə Rusiya rəsmilərinin Azərbaycana intensive səfərləri ilə müşahidə olunur. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov aprelin 6 və 7-si Azərbaycanda səfərdə olub. O, həm prezident İlham Əliyevlə görüşüb, həm də Rusiya, İran və Azərbaycan xarici işlər nazirlərinin üçlü görüşünə qatılıb. “Postsovet məkanında bir çox qurum var. Avrasiya İqtisadi Birliyi yaradılıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çox effektiv və aktiv fəaliyyət göstərir. Həmkarlarımızın çoxu soruşur: «AİB və MDB-də iqtisadi əməkdaşlığı təkrarlamağanə ehtiyac var? KTMT olan yerdə MDB-də təhlükəsizlik məsələlərini müzakirə etməyə dəyərmi?”. Lakin məsələ ondadır ki, iqtisadiyyat və təhlükəsizlik sahələrini əhatə edən bu inteqrasiya birliklərində MDB-nin heç də bütün üzvləri təmsil olunmayıb. Məsələn, Azərbaycan nə AİB-ə, nə də ki KTMT-yə üzvdür. Lakin mən bu vəziyyətin dəyişə biləcəyinə ümid edirəm”, – deyə S.Lavrov bildirib.

Bu gün isə Rusiyanın Baş naziri Dmitri Müdvedyev Azərbaycana səfərə gəlir.

Strateq. az xəbər verir ki, REAL Hərəkatının icra katibi Natiq Cəfərli hesab edir ki, Rusiyanın münaqişənin həllində istəyi belədir: 

“Rusiya istəyir ki, 5 rayonu Azərbaycana qaytarsın, Qarabağı birdəfəlik ermənilərə versin, Laçın və Kəlbəcər gələcək danışıqlar predmeti olsun (Laçın koridoru danışıqlar predmeti belə olmayacaq), öz qoşunlarını Qarabağda rəsmi şəkildə “sülhməramlı” adı altında yerləşdirsin, bölgənin nəzarətini tam ələ keçirsin – bununla da, həm öz, həm də vassalı olan Ermənistanın maraqlarını təmin edir və bizdə də indiki hakimiyyəti “qalib” kimi cəmiyyətə sırıyaraq, uzun illər taxtda qalmasını saxlayır. Paralel olaraq Azərbaycan Avrasiya və Gömrük İttifaqına və Putin “NATO”-suna üvz olur. Buna razı olacayıqmı, olmalıyıqmı? Qarabağın birdəfəlik itirəcəyik, sonradan hətta güc yolu ilə belə torpaqlarımızı ala bilməyəcəyik, Kremlin Abxaziyada, Osetiyada qurduğu sxemə bənzər “oyun qaydalarını” poza bilməyəcəyik. Bunu anlamalıyıq, ölkəmiz üçün çox təhlükəli, müstəqilliyimizin belə itirilməsi ilə nəticələnə biləcək proseslər gedir. Ayıq olaq, məsuliyyətli dövrdür, gələcək nəsillərin lənətini qazanmamaq üçün doğru olanı etməliyik…” – deyə N.Cəfərli qeyd edir.

Aruz

Strateq.az