XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

08 Aprel 2016 - 17:41

Təhsil Nazirinin keçmiş müavininə yeni vəzifə verildi

qulu-novruz

 

Təhsil Problemləri İnstitutunun (TPİ) direktoru Qulu Novruzov vəzifəsindən azad edilərək, yeni vəzifəyə təyinat alıb.

Bu barədə APA-ya Q. Novruzov özü məlumat verib.

Onun sözlərinə görə, müvafiq əmrlə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə direktor təyin olunub.

Qeyd edək ki, Q. Novruzov keçmiş təhsil naziri Misir Mərdanovun müavini olub, nazir müavini vəzifəsindən azad edildikdən sonra TPİ-yə direktor təyin edilib.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik etməsi nəticəsində Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb.