XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

09 Aprel 2016 - 09:52

Pan Gi Mun:“Qlobal terrorun əsas hədəfi müsəlmanlardır”

BM: Şiddetin asıl hedefi Müslümanlar

"İŞİD və "Boko Haram" kimi terror təşkilatlarının hansısa din, bölgə və millətə aidiyyəti yoxdur. Bu təşkilatların hədəfi müsəlmanlar, məqsədləri isə dünyanı qorxu altında saxlamaqdır".

Strateq.az xəbər verir ki, bunu BMT Baş katibi Pan Gi Mun deyib.

BMT-nin Cenevrə Ofisində qlobal terror təhdidinin müzakirə olunduğu "Zorakılığa səbəb olan ifratçılığın qarşısnın alınması" konfransında çıxış edən BMT Baş katibi silahlı qruplaşmalarının yaratdığı təhlükənin bütün dünyanı bürüdüyünə diqqət çəkərək onların əlinə kimyəvi, bioloji, radioloji və nüvə silahlarının keçmə ehtimalının narahatlıqverici olduğunu bildirib.

Silahlı terror təşkilatlarının öhdəsindən gələ bilmək üçün qlobal əməkdaşlığın əhəmiyyətinə toxunan P.Mun bütün ölkələri bu məsələdə həmrəyliyə çağırıb.

Konfransın digər natiqi İsveçrə xarici işlər naziri Dider Burxalter isə terroru dünyanı bürüyən xərçəng xəstəliyinə bənzədib. "Dünya terror girdabının içindədir" deyən Nazirin fikrincə, tibb xərçənglə necə amansız mübarizə aparırsa, dövlətlər də İŞİD və "Boko Haram" kimi təşkilatlara o cür yanaşmalıdır.

Pan Gi Munun İsveçrə xarici işlər naziri Didier Burxalterlə birgə təşkil etdiyi konfransda 104 ölkədən müxtəlif qeyri-hökumət təşkilatlarının 600-ə yaxın nümayəndəsiylə yanaşı, 32 nazir və nazir müavini də iştirak edib.