XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Aprel 2016 - 18:29

Sivil Toplum Platforması ölkə problemlərini müzakirə etdi

_MG_8349

 

Sivil Toplum Platformasının (STP) növbəti toplantısı baş tutub.

Toplantıda gündəmdə olan aktual məsələlər, xüsusən, son günlər cəbhə xəttində baş verən gərginlik, bu hadisənin arxasında duran siyasi proseslər müzakirə olunub.

Baş verənlərlə bağlı STP adından mövqe sənədi və vəziyyətin gerçək tərəflərinə dair təhlilin hazırlanması, cəmiyyətə təqdim olunması qərara alınıb.

Bundan başqa, ölkədə insan haqlarının durumu, iqtisadi və sosial böhranın nəticələri, həmçinin təhsil sistemində yaşanan problemlərə dair fikir mübadiləsi aparılıb və bütün bunlarla bağlı mövqe sənədlərinin hazırlanması və ictimai müzakirələrin təşkili haqqında razılığına gəlinib.

Strateq.az