XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

10 Aprel 2016 - 11:56

Aydın Əliyev:"Azərbaycanda bütün gömrük orqanlarında..."

Aydın Əliyev

"Dövlət Gömrük Komitəsi tərəfindən baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid olan malların, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodları göstərilməklə vahid siyahısı işlənərək tərtib edilib, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinə göndərilib".

Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

A.Əliyev bildirib ki, siyahıların hazırlanmasında sadələşdirilmə prinsipi nəzərdə tutulub, beynəlxalq təcrübə nəzərə alınıb: "Qısa idxal bəyannaməsi və ona əlavə olunmuş baytarlıq, fitosanitar, gigiyenik və ya digər sertifikatların və mülki dövriyyəyə verilən xüsusi icazənin əvvəlcədən yoxlanması və gömrük ərazisinə buraxılışını tənzimləyən prosedur qaydaları müəyyən edilir və qaydalara uyğun olaraq qısa idxal bəyannamələrinin elektron qaydada təqdim edilməsi ilə əlaqədar "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi həyata keçiriləcək. Sərəncama əsasən, başqa ölkələrin gömrük orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi işinin təşkili məqsədilə bir sıra ölkələrlə müqavilələr imzalanıb və bu proses davam etdirilir".

A.Əliyev deyib ki, aprel ayının 4-dən etibarən malların və nəqliyyat vasitələrinin elektron qaydada bəyannaməsinin təqdim edilməsinin pilot layihəsinə başlanılıb, may ayının əvvəlində isə bütün gömrük orqanlarında bəyannamənin elektron formada qəbuluna keçiləcək.