XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

10 Aprel 2016 - 15:42

İğdırda Azərbaycanadəstək aksiyası keçirilib

Iqdir-etiraz

İğdırda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı davam edilən hərbi təxribatlara etiraz olaraq izdihamlı yürüş-mitinq keçirilib.

Aksiyada Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən böyük şirkətlərin sahibləri, iş adamları, QHT və KİV təmsilçiləri iştirak ediblər. İğdırın mərkəzindən Ermənistanla dövlət sərhədinə doğru yürüş edən nümayişçilər Azərbaycan və Türkiyənin dövlət bayraqlarını dalğalandırıb, Ermənistanın işğalçılıq siyasətinə qarşı şüarlar səsləndiriblər.

Mitinqdə düşmənin növbəti silahlı təxribatı nəticəsində həlak olan hərbçilərimizin və mülki şəxslərin ruhuna dualar oxunub. Çıxış edənlər bildiriblər ki, təcavüzkar dövlət qoşunlarını işğal etdiyi torpaqlardan çıxarmayana, Azərbaycan və Türkiyəyə qarşı əsasız iddialardan əl çəkməyənə qədər onunla heç bir diplomatik əlaqə və yaxud gediş-gəliş ola bilməz.

Türkiyənin şərq bölgəsinin iş adamları, sahibkarlar adından bəyanat verilib ki, Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanla hər hansı işgüzar əlaqə qəbuledilməzdir.

Aksiyada, həmçinin Azərbaycan ordusunun rəşadəti, hərbçilərimizin göstərdikləri şücaət böyük qürur hissi ilə xatırlanıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İğdır