XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

10 Aprel 2016 - 16:41

Koreyada ermənitəxribatına qarşı aksiya

korea_azerbaijan_100416_(1)

Cari ilin aprel ayının 2-dən etibarən Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindəki təxribatı nəticəsində yaranmış vəziyyətlə əlaqədar Koreyada yaşayan azərbaycanlılar, o cümlədən "Buta" Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri 8 aprel tarixində Koreyanın paytaxtı Seul şəhərində dinc etiraz aksiyası keçirmişlər.

Trend-in məlumatına görə, aksiyanın əsas məqsədi son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, eləcədə, Azərbaycanla təmas xəttində Ermənistan işğalçı qüvvələrinin təxribatçı cəhdləri və dinc əhalinin qətlə yetirməsi ilə əlaqədar baş vermiş hadisələrə Koreya ictimaiyyətinin diqqətini yönəltməkdən ibarət olmuşdur.

Seul şəhərinin mərkəzi rayonu olan Youido ərazisində keçirilmiş aksiyada 40-a yaxın azərbaycanlı, türk, malayziya və koreyalı tələbələr iştirak etmişdir. Tədbir zamanı Ermənistanın əleyhinə "Ermənistan təcavüzkar ölkədir", "Torpaqlarımızı tərk edin", "Qarabağ bizimdir, bizim olacaq", "Dünya birliyi Ermənistanın təcavüzkarlığını qınamalıdır" kimi müxtəlif şüarlar səsləndirilmişdir.