XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 May 2015 - 05:51

Qırğız nazir müavini rüşvət verərkən tutulub

Maksat Çakiyev Bişkekdəki təcridxanada saxlanılır

Qırğızıstanın mədəniyyət, informasiya və turizm nazirinin müavini Maksat çakiyev 1 600 dollar rüşvət verərkən tutulub. “Report” Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyinin Dövlət İstintaq İdarəsindən bildirilib.

“çakiyev əməkdaşlarımızdan birinə 92 min som (1,6 min dollara yaxın) rüşvət verməyə cəhd edərkən tutulub” – idarədən bildirilib. M.çakiyev Qırğızıstan paytaxtı Bişkekdəki təcridxanada saxlanılır. 38 yaşlı Maksat çakiyev həm də nazirliyin turzm idarəsinin direktorudur.