XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Aprel 2016 - 01:10

Suriyanın baş naziri:“Rusiyanın sayəsində torpaq qazanmışıq"

 

Suriye+ve+Rusya,+Halep+i%C3%A7in+d%C3%BC%C4%9Fmeye+bast%C4%B1

“Rus tərəfdaşlarımızla birlikdə Hələbi qurtarma əməliyyatına hazırlaşırıq. Atəşkəs sazişinə qatılmayan və ya onun şərtlərini pozan bütün qeyri-qanuni silahlı birləşmələri sıradan çıxaracağıq".

Strateq.az xəbər verir ki, bu sözləri Suriyanın baş naziri Vail Nadir Xəlqi deyib. Rusiya xəbər agentliyi TASS-in bildirdiyinə görə, Dəməşqi ziyarət edən rus parlamentarilər heyətiylə görüşən Xəlqi indiyə qədər qazandıqları hərbi uğurları Moskvanın hesabına əldə etdiklərini də gizlətməyib:

"Rus Hava Qüvvələrinin köməyiylə 500-dən çox yaşayış məntəqəsini xilas etmişik. Bu, təxminən 40 min kvadrat kilometr ərazi deməkdir”.

Baş nazir, həmçinin, Rusiyanın verdiyi dəstəyin döyüş sahəsindəki güc nisbətini Suriya ordusunun xeyrinə dəyişdirdiyini bildirib.

Qeyd edək ki, Hələbə qarşı hərbi hərəkatın yaxınlaşdığını Rus hərbçiləri də təsdiqləyib. Halbuki, həmin Rusiya 14 Mart tarixində Suriyada hava hərəkatının əsas əməliyyatlarını dayandırdığını açıqlamışdı.