XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

11 Aprel 2016 - 12:39

Zakir Həsənov şəhidlərin önündə vəd verdi:"Qisas alınacaq!"

zakir-sehidler

Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov, hərbi prokuror Azərbaycan Ordusunun şəhid pilotları və polkovnik-leytenant Murad Mirzəyevlə vida mərasimində işrirak edirlər.

Strateq.az Musavat.com-a istinadən xəbər verir ki, şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, deputatlar, hərbçilər, ictimaiyyət nümayəndələri vida mərasimi keçirilən Təlim Tədris Mərkəzinə toplaşırlar.

Mərasimdə çıxış edən müdafiə naziri Zakir Həsənov bildirib ki, bu mərasimdə danışmaq çətindir. Nazir qeyd edib ki, ermənilər Azərbaycana qarşı cinayət törədiblər və törətməkdə də davam edirlər: "Bunun qarşısı alınmasa, davam edəcəklər. Bizim şəhidlər bütün dünyaya sübut etdi ki, onlar qəhrəmandır".

Nazir prezidentin çıxışında sitat gətirərək "Azərbaycan ordusunun hər bir əsgəri, zabiti bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyü nəyin bahasına olursa olsun, qorunacaq", – deyib.

Nazir çıxışının sonunda şəhidlərin qisasının alınacağı vədini verib: “Buna heç kimin şübhəsi olmasın”.

Vida mərasimindən sonra şəhid pilotlar və polkovnik-leytenant II Fəxri Xiyabanda torpağa tapşırılacaq.