XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

11 Aprel 2016 - 13:40

Şəhid polkovnik-leytenant Ramil Səfərovun tələbə yoldaşı imiş… –FOTO

ramil-seferov-

Bir neçə gün əvvəl cəbhədə erməni hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuş ordumuzun xüsusi təyinatlılarının polkovnik-leytenantı Murad Mirzəyev Ramil Səfərovla bir yerdə hərbi təhsil alıbmış.

Bu barədə Milli Ordunun mayoru Ramil Səfərovun həyat yoldaşı bildirib. Onun sözlərinə görə, hər iki hərbçi illər öncə Türkiyədə bir yerdə ali hərbi təhsil alıb və çox yaxın dost olublar: "Murad Ramillə birgə oxumuşdu Türkiyədə. Qardaş kimiydilər. Qardaşımızı itirdik"(Lent.az).

Qeyd edək ki, bu gün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda şəhid olan hərbi pilotlar və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimində Ramil Səfərov, eləcə də digər hərbçilər də iştirak edib.