Prezident İlham Əliyev və xanımı – Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bu gün “Bakı-2015” Əməliyyat Komitəsinin baş ofisində yaradılan şəraitlə tanış olublar.
Strateq.az AzerTac-a istinadən bildirir ki, Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və əməliyyatlar üzrə baş direktor Saymon Kleq ofisdə yaradılan şərait barədə Prezidentə və xanımına məlumat veriblər.