XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

11 Aprel 2016 - 15:14

Evinin qarşısındakı aksiyaya etiraz edən Nemət Pənahlı saxlanıldı –Açıqlama

nemət pənahli

AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında keçirilən aksiyada iştirak edən gənclərin söyüşlər söyməsi, ədəbsiz təhqirlərə yol verməsi həmin binada yaşayan Milli Azadlıq Hərəkatının lideri Nemət Pənahlını haqlı olaraq qəzəbləndirib və o, gənclərə onlarla ailənin yaşadığı binanın qarşısında təhqiramiz ifadələr işlətmələrinin doğru olmadığını deyib.

N.Pənahlının xanımı Həcər Pənahlının xural.com-a verdiyi məlumata görə, bundan sonra gənclərlə N.Pənahlı arasında yaranan mübahisə, sonunda onun polis tərəfindən saxlanılaraq, Polis İdarəsinə aparılmasına səbəb olub: "Hadisənin şahidi olan Nemət Pənahlının bacısı oğlu ayaqyalın həyətə qaçıb. Bu zaman polislər onu da saxlayaraq, naməlum istiqamətə aparıblar".