XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

11 Aprel 2016 - 18:58

Türkiyə gəmisinə hücum oldu, ekipaj oğurlandı –Sensasion olay

gemi-neft-turkiy

Türkiyənin Kaptanoğlu Dənizçilik Şirkətinə məxsus M/T Puli adlı gəmiyə hücum edilib. 

Strateq.az ANS-ə istinadən xəbər verir ki, Nigeriya sahillərində quldurların hücumuna məruz qalan gəminin kapitanı da daxil olmaqla 6 ekipaj üzvü qaçırılıb.

Şirkətin vəkilinin məlumatına görə, quldurlar ancaq 6 nəfəri qaçırıblar. Qalanlara isə heç bir ziyan vurulmayıb. Gəmi hazırda öz yoluna davam edir: "Onların pul tələb etmək məqsədi ilə belə addım atdığını düşünürük. Lakin hələlik bu tələbə görə bizimlə əlaqə saxlayan olmayıb". 

Hazırda dənizçilərin xilas edilməsi ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi, Dənizçilik və Kommunikasiya Nazirliyi və digər əlaqədar qurumlar işə başlayıb. 

Ekipajı qaçırılan gəmi kimyəvi maddə daşıyır. 

Onu da qeyd edək ki, fevralda Türkiyəyə məxsus bir gəmi də yoxa çıxıb. İtkin düşən “Gediz” gəmiçilik şirkətinin “Kalkanlar-1” gəmisi fevralın 20-də İstanbulun Tuzla sahilindən Liviyanın Tripoli şəhərinə yola düşüb.

Məlumata görə, 3 nəfəri azərbaycanlı olan 4 nəfərlik heyət gəmini Liviyada təhvil verdikdən sonra təyyarə ilə İstanbula geri qayıtmalıydılar. Ən son məlumat isə 22 fevralda dənizçi Fərid Əliyevdən alınıb. O, öz qardaşı ilə danışaraq güclü qasırğaya düşdüklərini və ölümdən döndüklərini söyləyib.

Azərbaycanlı dənizçilərin axtarışına şirkət, eləcə də Azərbaycan XİN-i qoşulsa da hələ də onlardan heç bir xəbər yoxdur.