XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

11 Aprel 2016 - 19:13

Türkiyə ilə Suriya arasında gizli görüş:Kürd məsələsi müzakirə olunub

 

Türkiyə və Suriya hökuməti Əlcəzairdə gizli danışıqlar aparıb.

Strateq.az xəbər verir ki, bu iddianı Əlcəzairdə dərc olunan “Əl Vətən” qəzeti irəli sürüb.

Qəzetin yazdığına görə, Türkiyə və Suriya səlahiyyətliləri PYD-nin (PKK-nın Suriya qanadı) Suriyanın şimalında elan etdiyi federasiya qərarını müzakirə etmək üçün görüşüblər.

Danışıqlar PYD-nin qərarının ardından başlayıb. Qərardan sonra Türkiyə Suriya hökumətinə aralarındakı gərgin əlaqələri yumşaltmaq üçün müraciət edib. Tərəflər arasında Əlcəzairin vasitəçilik etdiyini irəli sürülür.

Qeyd edək ki, Suriya xarici işlər naziri Vəlid Muallim ötən həftə Əlcəzairə səfər etmişdi. Görünür, görüş də həmin vaxt keçirilib. Görüşdə Türkiyədən kimin iştirak etdiyi bildirilmir.