XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

11 Aprel 2016 - 20:32

Məhkəmə-Hüquq Şurası toplandı:3 hakim barədə intizam icraatı başladı, bir hakimə irad tutuldu

fikret-ramiz

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Strateq.az Məhkəmə-Hüquq Şurasına istinadən xəbər verir ki, Şura sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair qanunvericiliyə dəyişikliklərə və digər təşkilati məsələlərə baxılıb.

Eyni zamanda, bir sıra hakimlərin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar onların fəaliyyəti iştirakları ilə müzakirə edilməklə qiymətləndirilib. Yol verilən nöqsan və çatışmazlıqlar onların nəzərlərinə çatdırılıb, habelə hakim kadrlarından daha səmərəli istifadə edilməsi üçün hakimlərin iş yerinin dəyişdirilməsinə dair təkliflər hazırlanıb.

İclasda Hacıqabul Rayon Məhkəməsinin hakimi Həmid Əzizov barədə intizam icraatına baxılaraq, qanunvericiliyin tələbin pozduğuna görə ona irad tutulub, 3 hakim barədə intizam icraatları başlanılıb.